Hirkan Milli Parkından reportaj
Cənub zonasının şah əsəri Hirkan Milli Parkıdır. Parkın sahəsi hekrarlarla ərazini əhatə edir. Park qoynunda adı qırmızı kitaba düşmüş bitki və agacları qoruyub saxlayır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir. Əvvəllər qoruq kimi fəaliyyət göstərən park Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır.
Prezidentin daim gənclərə göstərdiyi qayı və diqqətinin bariz sübutu olaraq artıq bir neçə ildir ki, Hirkan Milli Parkına rəhbərlik cənub zonasının gənc fəallarından biri olan Azər Mirzəyevə həvalə edilmişdir. Azər bəy də öz növbəsində ona bəxş edilən etimadı doğrultmaq üçün var gücü ilə çalışır. Azər Mirzəyevin direktor təyin edildiyi gündən etibarən park ərazisində ağacların kəsilərək talanmasına demək olar ki, son qoyulub. Park ərazisində turist qruplarının istirahəti və festival və yarışların keçirilməsi yüksək səviyyədə təşkil olunur.
Sovet dönəmində istifadəyə verilmiş Hirkan Milli Parkının inzibati binası artıq ömrünü başa vurduğu üçün ərazidə yeni bina tikintisinə qərar verilib. Binanın tikintisinə yanvar ayında başlanılacağı planlaşdırılır.
Pərvin Abışova/AzTimes.az/