Hindistan-Pakistan sərhədində yenidən atışma oldu

Baxılıb:33
Hindistan-Pakistan sərhədində yenidən atışma oldu

Pakistan hərbçiləri Hindistanın Cammu və Kəşmirdəki nəzarət xəttini atəşə tutub.

Bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Məlumata görə, sərhəddə atışma şənbə günündən bazar gününə keçən gecə Tutmari Qali və Rampur rayonlarında qeydə alınıb. Hindistan ordusunun şəxsi heyəti atıcı silahlardan cavab verib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Hindistan-Pakistan sərhədində atəşkəs razılaşması artıq üçüncü dəfədir ki pozulur. Cammu və Kəşmirdə Pahalqam terror aktından sonra iki ölkə arasında gərginlik pik həddə çatıb.


Abunəlik