Hindistan bu dəhşətli silahı Ermənistana göndərir? – İrəvandan ikibaşlı açıqlama

Baxılıb:16
Hindistan bu dəhşətli silahı Ermənistana göndərir? – İrəvandan ikibaşlı açıqlama

Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini (MBRL) tədarük etməyə başlayıb. Bu xəbər Ermənistan mətbuatı tərəfindən tirajlanıb.

“Hraparak” nəşri məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyana müraciət edib. Sorğu belə cavablandırılıb:

“Xahiş edirəm, yalnız Ermənistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi mesajlarını, o cümlədən səlahiyyətli məmurların bəyanatlarını əsas götürəsiniz”.

Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi məlumat yayıb və qeyd edib ki, xarici və Ermənistan KİV-lərinin müdafiə qabiliyyətini genişləndirmək məqsədilə silahların alınması, o cümlədən danışıqların təfərrüatları ilə bağlı həqiqətə uyğun olmayan bir sıra yazılar dərc etməkdə davam edir. “Ermənistan Silahlı Qüvvələri bütün bunları nəzərə alaraq, bir daha bu cür materialları dərc etməzdən əvvəl müdafiə nazirliyi ilə müvafiq dəqiqləşdirmələr və düzəlişlər etməyə çağırır”, – deyə məlumatda deyilir.


Abunəlik