Hicran Hüseynova seçicilərlə qəbul keçirdi- FOTOLAR

Baxılıb:253
Hicran Hüseynova seçicilərlə qəbul keçirdi- FOTOLAR

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə qəbul keçirib
AzTimes.az xəbər verir ki, 6 dekabr 2021-ci il tarixdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla qəbul keçirib, onların müraciətlərini dinləyib.
Qəbulda 1-ci Qarabağ müharibəsi əlili Vüsal Nəzərov, 2-ci Qarabağ müharibəsinin qazisi Orucov Orxan, şəhid yoldaşı həmçinin Şəhid və qazi ailələri ilə əlaqələndirmə şöbəsinin sədri Nəzakət İsmayılovada iştirak edərək Hicran xanım Hüseynovaya daim şəhid və qazi ailələri ilə maraqlanaraq diqqət mərkəzində saxladıqlari üçün öz təşəkkürlərini bildirib və qarşılaşdığı problemlindən bəhs ediblər. Millət vəkili vurğulayıb ki, şəhid ailələri, müharibə veteranları, qazilər onların ailələrinin qayğısına qalmaq həm vətəndaşlıq və həm də vəzifə borcudur və bu hər zaman belə olacaq. Daha sonra müraciət edilən məsələlərlə bağlı yerindəcə müəyyən qurumlarla əlaqə saxlanmış və nəzarətə götürülmüşdür.
Daha sonra isə görüşdə iştirak edən Narkomaniya üzrə ekspert Emil Maraqlovda son zamanlar “ağ ölüm” adlanan narkomaniyanın fəsadları, bu zərərli vərdişin xüsusilə də gənclər arasında sürətlə yayılmasından narahatlığını bildirdi. Bu sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu diqqətə çatdırdı. Millət vəkili H. Hüseynova qeyd etmişdir ki, son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərə çarpacaq dərəcədə artmışdır. Lakin bununla yanaşı hər birimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimizin, uşaqlarımızın sağlamlığının qorunması üçün hər kəs öz töhfəsini verməlidir. Xanım H. Hüseynova bu məsələ ilə bağlı dəfələrlə çıxışlar etdiyini, bundan sonra da lazımı dəstək verəcəyini bildirmişdir. Eyni zamanda, maarifləndirici və məlumatlandırıcı tədbirlərin daha da gücləndirilməsinə ehtiyacın olduğunu qeyd edən millət vəkili birgə layihələrin həyata keçirilməsini təklif etdi.
Sumqayıt şəhəri ərazisindən digər seçicilərimizdə qəbulda iştirak etmiş həm şəxsi problemləri, həm də yaşadıqları ərazidə mövcud ümumi məsələlərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.


Abunəlik