Hicran Hüseynova seçicilərlə qəbul keçirdi- FOTOLAR

Baxılıb:183
Hicran Hüseynova seçicilərlə qəbul keçirdi- FOTOLAR

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə qəbul keçirib.

AzTimes.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib. Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədi, problemləri ilə maraqlandı. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təminat və sosial məsələlərlə bağlı müraciətlər oldu. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapdı, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradıldı.

AzTimes.az


Abunəlik