HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI

Baxılıb:20
HƏMAS-ın İsrailə hücumunun HƏDƏFİ AÇIQLANDI

Fələstinin radikal HƏMAS qruplaşması 7 oktyabr 2023-cü ildə İsrail və Səudiyyə Ərəbistanı arasında sülh danışıqlarını pozmaq məqsədilə İsrailə hücum etdi.

Bu barədə “The Wall Street Journal” Qəzza zolağında tuneldə aşkar edilən sənədə istinadla məlumat yayıb.

“İsrail ordusu iddia edir ki, HƏMAS rəhbərliyinin 2 oktyabr 2023-cü il tarixli iclasının protokolunda hərəkatın keçmiş lideri Yəhya Sinvar İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına qarşı çıxmaq üçün “fövqəladə tədbirlər”ə ehtiyac olduğunu deyib”.

Oktyabrın 2-də HƏMAS-ın siyasi bürosunun iclasının protokollarında Sinvarın İsrail və Səudiyyə Ərəbistanı arasındakı razılaşmanın “əksər ərəb və islam ölkələrinin eyni yolla getməsi üçün qapı açacağı” fikrini ifadə etdiyi bildirilir.

WSJ vurğulayır ki, İsraili tamamilə məhv etməyə və İordan çayı ilə Aralıq dənizi arasında Fələstin dövlətinin yaradılmasına çağıran Sinvar və HƏMAS üçün bu, qəbuledilməz idi. Bununla bağlı o, iki ildən artıqdır planlaşdırılan hücuma çağırıb.


Abunəlik