Heç bir tibbi təhsili, sertifikatı olmayan kosmetoloqu müdafiə edən “jurnalist”in məqsədi nədir? – Oxuyun biləcəksiniz
Son zamanlar respublikamızda tibbi sərfitakti olmayan cərrah və kosmetoloqlarla bağlı sözün əsl mənasında islahatlar aparılır. Amma bunlar o qədər çoxdurlar ki, pərpətöyün toxumu kimi qarşılarını almaq olmur. Bir əldən artır , törəyir. Bütün hallarda dövlətin onların qarşısını üçün almaq yetərincə gücü var. Dövlətimiz var olsun. Bugünlərdə dəyərli həmkarımız İfadə Cəfərzadə rəhbəri olduğu ifadecom.tv-nin saytında “Aspera” klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir, sertifikat verir?” – mövzusunda araşdırma xalq.az saytına istinadən dərc olunub. Bu məqaləni oxuyanda əyan olur ki, məqalədə adıçəkilən Fidan Sadıqova heç bir ali tibbi təhsilə, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir, iddialara görə özünü həkim kimi təqdim edir. Bunlardan əlavə Fidan Sadıqova tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır. Həmçinin kosmetoloq kursu açaraq bununla bağlı sertifikat da verir.İndi bu boyda həngamədən sonra Zəminə adlı bir xanım zəng edərək İfadə Cəfərzadəyə jurnalistikanın əsaslarını öyrətməyə çalışır. Vatsap üzərindən edilən səsli yazışmadan da aydın olur ki, “jurnalist” Zəminə xanım yazıların silinməsini üçün sözün əsl mənasında vasitəçilik edir. (Səs yazısında özü “mən vasitəçiyəm” də deyib.) Həmin “jurnalist” xanıma həmkarım İfadə Cəfərzadə dəfələrlə izah edib ki, adıçəkilən məqalə xalq.az saytına istinadən verilib. Mənbə də məqaləni niyə silib, necə silib bu da məni qətiyyən maraqlandırmır. Özünü peşəkar jurnalist hesab edən Zəminə adlı xanımın nədənsə bugünə qədər heç bir ciddi mətbuat orqanında bir cümlə məqaləsini oxumamışam. Amma səs yazılarında “burada mənəm Bağdadda kor xəlifə” – deyib İfadə Cəfərzadəni vəkillə, məhkəməylə hədələyir. Ataların belə bir misalı var; Axsaq atın kor nalbəndi. Fidan Sadıqova kimi tibbi təhsili, sertifikatı olmayan kosmetoloqun da Zəminə adlı jurnalisti olması heç də təsadüfi deyil. Bu arada onu da qeyd edim ki, Zəminə adlı xanım jurnalist özünü “gece.az ” saytının əməkdaşı kimi təqdim etdi. Araşdırma aparanda məlum oldu ki, əməkdaşı olduğu sayt 9-10-11 – ci sinif şagirdləri üçün nəzərdə tutulan tanışlıq saytıdır. Rəhmətlik Siyavuş Aslanın “Yol əhvalatı” filmində dediyi kimi “məni burada gic gülmək tutur”.Xub, əstəğfürullah deyib, səbrimi basıb həmin o tibbi təhsili, sertifikatı olmayan Fidan Sadıqovadan bir-iki cümlə qeyd edib xudafizləşmək istəyirəm.Uzun illərin “jurnalist”i Zəminə xanım aşağıda yazılanları daha diqqətlə oxusa məqsədəuyğun olar. Xalq.az ın araşdırmasına görə “Aspera” klinikasında tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız fəaliyyət göstərən kosmetoloq Fidan Sadıqova Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsili olması barədə məlumat yoxdur, həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestri sistemində onunla bağlı heç bir qeyd yoxdur. Həmçinin kosmetoloq kursu açaraq bununla bağlı sertifikat verir.Tibbi təhsili, sertifikatı olmayan Fidan Sadıqovanın nişanlısı da xalq.az – la əlaqə saxlayıb bildirib kı, bəs tibbi təhsil alır 2-ci kursda oxuyur, amma daha kosmetoloji dərslər və sertifkat vermir. Adam bilmir bu Fidan Sadıqovanın hansı “məharət”indən yazsın. Sən demə, Fidan Sadıqova müştərilərinə dolğu və plazma terapiya da həyata keçirir. Bununla bağlı hətta sosial hesablarında məlumatlar və görüntülər əks olunub.Ulu babamız Şeyx Nizami oğluna nəsihət edib deyirdi ki, “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan” . Aztimes.az – olaraq üzümü sertifikatı, tibbi təhsili olmayan Fidan Sadıqovanın “vəkil” olan Zəminə adlı ” jurnalist” xanıma tutub demək istəyirəm ki , gedib özünə aid olan işlə məşğul olsun.
Pərvin Abışova/AzTimes.az/