Hazırda Kiyevdə durum necədir? – RƏSMİ AÇIQLAMA

Baxılıb:157
Hazırda Kiyevdə durum necədir? – RƏSMİ AÇIQLAMA

“Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır. Rusiya işğalçıları bütün Ukraynada mülki infrastrukturları məhv edir, raket zərbələri endirirlər”.

Aztimes.az  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat yayılıb.

“Rusiyanın hərbi-texniki karvanı paytaxt ətrafında xaotik hərəkət edir. Müdafiə qüvvələri Kiyevin müdafiəsi üzrə tapşırıqları yerinə yetirirlər. Rusiya hərbçiləri texnikaları buraxıb. “NLAW”, “FGM-148 Javelin” və “Bayraktar” havadan daha çox atəşə tutublar”, – Ukrayna Quru Qoşunları komandanı, Kiyevin müdafiəsi komandanı general-polkovnik Aleksandr Sırski bildirib.


Abunəlik