Havanın temperaturu kəskin şəkildə dəyişir-Külək,dolu,yağış…

Baxılıb:799
Havanın temperaturu kəskin şəkildə dəyişir-Külək,dolu,yağış…

Avqustun 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

AzTimes.az xəbər verir ki, bu barədə azsabah.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Qeyd edək ki, günlərdir ki, Azərbaycanda havanın temperaturu 40-43 dərəcə aralığında idi.


Abunəlik