Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? – SƏBƏB

Baxılıb:95
Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? – SƏBƏB

“Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır”.

Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb.

Mütəxəssisin sözlərinə görə, atmosfer təzyiqi dəyişdikdə oynaqlar daha sərt olur, bu da onları mexaniki gərginliyə və ya sürtünməyə daha həssas edir. Bundan əlavə, temperaturun dəyişməsi bədəndəki təzyiqi poza və sinir uclarını daha həssas edə bilər.

Revmatoloq qeyd edib ki, ağrının yaranması və onun intensivliyinin oynağın vəziyyətindən, onun içərisindəki mayedən, subxondral kista və ya zədələnmənin mövcud olub-olmamasından asılıdır. Məsələn, atmosfer təzyiqi artdıqda kistanın daxilindəki təzyiq də artır. Bu ağrı reseptorlarına daha çox təzyiq göstərməyə başlayır və narahatlığa səbəb olur.

Həkim vurğulayıb ki, ağrı təkcə hava dəyişikliyinə görə deyil, həm də stress və emosional gərginlik fonunda da güclənə bilər.


Abunəlik