Haqqında Baş prokurorluğun istintaq başlatdığı ” Sevgi Qadın və Uşaq Sığınacağı” nda azyaşlının ana ilə insidenti ictimailəşdirildi-VİDEO

Baxılıb:560
Haqqında Baş prokurorluğun istintaq başlatdığı ” Sevgi Qadın və Uşaq Sığınacağı” nda  azyaşlının ana ilə insidenti ictimailəşdirildi-VİDEO

Otən gün Baş prokurorluğun məlumat yaydığı “Sevgi qadın və uşaq siginacagından daha bir qınanılacaq addım atıldı. Baş prokurorluğun məlumatından sonra Könül Qasımova dərhal saytlara “açıqlamada sığınacağın adı çəkilməyib, bizə aid deyil ” kimi açıqlamalar verib. Buna etiraz olaraq digər QHT rəhbərləri onların nüfuzuna, çəkdikləri əziyyətə kölgə salınması üçün konkret sığınacaq adının çəkilməsini xahiş edərək bəyanat yaydılar.

Gün ərzində sığınacağın instaqram səhifəsində yetkinlik yaşına çatmayan, sığınacağa pənah gətirmiş qız uşağının onu aparmağa gəlmiş anası ilə dialoqunu əks etdirən video paylaşıldı.

Sığınacaq yaratmaq kimi bir məsuliyyətin altına girən şəxs ilk növbədə güclü psixoloq olmaqla yanaşı belə məsələlərə nə qədər həssas yanaşmaq lazım olunduğunu dərk etməlidir. Hələ şəxsiyyət kimi formalaşma yolunda olan birinin ictimaiyyətə belə hadisələr fonunda təqdim olunması o azyaşlının gələcək nailiyyətlərinə, cəmiyyətə adaptasiyasina mənfi təsir edəcəyi barədə öngörüş olmalıdır. Belə travmalı şəxslərin( istər azyaşlı, istər qadın) keçmişinə baxarkən ictimai qınağa səbəb olan xatirələri onların intiharına səbəb ola bilər.

Sığınacağın yerləşdiyi binanın kirayə zamanı gəldikdə dəfələrlə uşaqların müraciəti ilə video-roliklər ictimailəşdirilir. Bunun istismardan başqa adı varmı?

Ailə Qadın və Uşaq komitəsindən AzTimes.az-a bildirildi ki, məsələ ilə bağlı dəfələrlə istər sığınacaqlara, istərsə də media qurumlarına dəfələrlə tövsiyyələr edilib. Ancaq “Sevgi qadın uşaq evi” belə videoları mütəmadi olaraq paylaşır, bu isə heç xoş deyil.

https://www.instagram.com/tv/CeTT0gFA6AW/?igshid=YmMyMTA2M2Y=


Abunəlik