Haniyə ilə bağlı şok açıqlama: 8 arvadı, 4 milyard sərvəti vardı, qardaşları…
CHP-nin sabiq millət vəkili və Atatürkçü Düşüncə Dərnəyinin sədri Hüsnü Bozqurd İranda öldürülən HƏMAS lideri İsmayıl Haniyə haqqında paylaşım edib.
CHP üzvünün paylaşımı böyük rezonans doğurub. O, Haniyə haqda şok faktlar açıqlayıb.
“4 milyard dollar sərvəti olan, ölkəsi mürahibədə olarkən özündən 40 yaş kiçik 8-ci arvadla evlənən HƏMAS lideri Haniyənin əyləncəsi yerində idi. Onun qardaşları isə İsraildə yaşayır”.
Hüsnü Bozqurd FETÖ və PKK ilə əlaqəsi olduğu iddia edilən “Vartolu” adlı istifadəçi hesabının videosunu təkrar paylaşıb. Bundan əlavə videonun paylaşıldığı hesabın adında “Kürdistan” ifadəsi də diqqət çəkib.
Hüsnü Bozqurd daha sonra Haniyə ilə bağlı paylaşımını silib.