Haniyə bu ölkədə öldürülməli idi, lakin İran… – Kəşfiyyat məlumatları üzə çıxdı

Baxılıb:170
Haniyə bu ölkədə öldürülməli idi, lakin İran… – Kəşfiyyat məlumatları üzə çıxdı

İsrail kəşfiyyat xidmətləri Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürə bilərdi, lakin xüsusi olaraq onun təhlükəsizliyinə cavabdeh olan İranda sui-qəsdin həyata keçirilməsinə qərar verdi.

Bu barədə İsrail kəşfiyyat xidmətlərindəki mənbələr “The Jerusalem Post”a bildiriblər.

Qəzetin mənbələri qeyd edirlər ki, Tehran başqa məsələlərlə yanaşı, HƏMAS liderindən yaxa qurtarmaq və İranı Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirən ölkə kimi təqdim etmək üçün seçilib. Həmçinin məqsəd İranı gələcəklə bağlı dilemmanın mərkəzinə yerləşdirməkdir.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb. Media İranın bundan sonra İsrailə birbaşa hücum etməyi planlaşdırdığını bildirib.


Abunəlik