Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
İyulun 16-da hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:
Test imtahanı 2023-cü il iyulun 16-da iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.