Hafiz Hacıyev canlı yayımda ayaqqabısını soyundu, aparıcı isə… FOTO+VİDEO
AzTimes.az saytı xəbər verir ki, hadisə internet tv-lərdən birində(Yeni Müsavat) reallaşmış canlı debatda baş verib. Müasir Müsavat Partiyasının sədri H.Hacıyev Fərid adlı tamaşaçının ” O doğrudurmu ki, siz müxalifyönümlü mətbuata prezidenti təhqir etməsi üçün pul ayırırsınız?” sualına etiraz olaraq ” Bu trolların işidir.Kim bunu yaltaqlıq kimi başa düşür düşsün. Mən həmişə prezidentə qardaş demişəm, ətrafı ona xəyanət etsə belə. Mən acından duran adamam. Pulum olsa əynimə bir kostyum alaram. Ayağıma ayaqqabı almağa pulum yoxdur. Dayanın göstərim.”-deyərək elə canlı yayımda ayaqqabısının tayını çıxararaq neçə yerdən tikiş vurulduğunu deyib. Hafiz Hacıyevin bu gözlənilməz addımı aparıcını gülmə krizinə salıb. Özünü ələ alan aparıcı canlı yayımda ilk dəfə belə hadisə ilə qarşılaşdığını deyib.
Videonu olduğu kimi sizlərə təqdim edirik.