Həyat yoldaşını 11 aylıq qızının gözü qarşısında qətlə yetirdi

Baxılıb:356
Həyat yoldaşını 11 aylıq qızının gözü qarşısında qətlə yetirdi

Karoline Krouçun qatil əri, 11 aylıq qızlarının qarşısında onu yastıqla boğaraq öldürdükdən sonra valideynlərinə tabutuna görə 3,500 funt ödəməsini istəyib.

AzTimes.az xarici KİV-lərə istinadla xəbər verir ki, Karalambos Anaqnostopoulos arvadının qətlini ört-basdır etmək üçün işlənmiş bir plan hazırlayan Yunan pilot, valideynlərindən tabutuna görə 3500 funt-sterlinq ödəməsini istəyib.

O, polisə ifadəsində arvadının evə basqın zamanı öldürüldüyünü bildirib. Guya silahlı soyğunçular onu bağlayaraq arvadını öldürüb.

Lakin Babis kimi tanınan Anaqnostopoulos, daha sonra Karolineni evdən çıxarmağı əmr etdikdən və boşanmaq istəməsindən sonra əsəbləşərək öldürdüyünü etiraf edib.

Karoline ailəsinin vəkili Thanassis Haramanis dünən “The Sun”a açıqlamasında deyib ki, belə bir tip adamla ilk dəfədir qarşılaşır. 

“Bu adamın utanması yoxdur. Əvvəlcə arvadını öldürdü, sonra valideynlərindən tabutuna görə pul ödəməsini və cənazəsini Afinadan cənazə üçün gətirməsini istədi. Ailə ona 4000 avro verib”, – deyə vəkil bildirib.

/xebər24

gallery
gallery

Abunəlik