Hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir – Səfərbərlik Xidməti
“Azərbaycan Respublikasında səfərbərlik yox, hərbi vəziyyət elan olub”.
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, hərbi vəziyyətin elan edilməsi səfərbərliyin elan olunması anlamına gəlmir: “Əgər belə bir qərar verilsə, bununla bağlı xəbər Kütləvi İnformasiya Vasitələri, sosial şəbəkələr və digər vasitəsilərlə elan olunacaq. Belə qərar olduğu təqdirdə bütün hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər.
Hələlik isə vətənpərvər Azərbaycan xalqına öz təşəkürümüzü bildiririk ki, bizim Xidmətə müraciət edərək əmliyyatlarda iştirak etmək istəyirlər”.