Hərbi cinayətlərə görə təzminat necə hesablanır? – VİDEO

Baxılıb:252
Hərbi cinayətlərə görə təzminat necə hesablanır? – VİDEO

Ermənistan işğal altında olan ərazilərimizə vurduğu ziyanın təzminatını ödəməlidir. İqtisadçı deputat Vüqar Bayramov belə hərbi cinayətlərə görə təzminatın hesablanmasının necə həyata keçiriləcəyinə də aydınlıq gətirib.

”Ermənistan işğal nəticəsində Azərbaycana vurduğu ziyanı qəpiyinə qədər ödəməlidir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat bildirib ki, ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edirlər. Əslində, onlar öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırırlar. O evlərdə 1993-cü ilədək azərbaycanlılar yaşayırdı. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər. Millət vəkili düşmən tərəfinin vurduğu zərərin hesablanması qaydasını da açıqlayıb.

Millət vəkili deyir ki, dəymiş zərər ilkin qiymətləndirməyə görə, 100 milyardlarla ölçülür və bu da kifayət qədər böyük rəqəmdir. Qeyd edək ki, həm beynəlxalq hüquq, həm də beynəlxalq konvensiyalar Azərbaycanın ziyanın məbləğini hesabladıqdan sonra təzminatın ödənməsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməsinə imkan verir. Üstəlik, belə təzminatların ödənməsi dünya təcrübəsində də var.

Millət vəkilinin sözlərinə görə, ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.


Abunəlik