Hərbçilərin mənzil təminatı üçün nə qədər pul ayrılacaq? – Nazir açıqladı

Baxılıb:181
Hərbçilərin mənzil təminatı üçün nə qədər pul ayrılacaq? – Nazir açıqladı

“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə xüsusi Komissiya yaradılıb. Həmin Komissiyada müxtəlif orqanların nümayəndələri təmsil olunur.

Bunu maliyyə naziri Samir Şərifov “Report”a açıqlamasında deyib.

O bildirib ki, komissiya vaxtaşırı iclas keçirərək həm müvafiq meyarlara uyğun hərbi qulluqçuların növbəyə qəbul edilməsi məsələlərini həll edir, həm də növbədəki hərbi qulluqçulara mənzillərin verilməsi məsələsini nəzərdən keçirir.

“Yəni bu proses davamlı gedir. Həmin məqsəd üçün bu il büdcədə 35 milyon manat nəzərdə tutulub. Bu gün hərbi qulluqçular mənzil məsələsinin həlli üçün güzəştli ipoteka kreditləşməsi mexanizmindən yararlana bilirlər. Bu əsnada ötən ilin dekabrında Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmanı xüsusilə qeyd etmək istərdim. Sənədə əsasən İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin 15 %-ni dövlət qarşılayacaq. Proqram 2024-2025-ci tədris ilindən başlayaraq təhsil alan kursantlar üçün nəzərdə tutulur. Onlar 5 il zabit və yaxud gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra bu hüququ əldə edəcəklər”, – Samir Şərifov qeyd edib.


Abunəlik