Həmin sabiq deputatlar nədənsə bu gün aktiv görünmürlər”

Baxılıb:301
Həmin sabiq deputatlar nədənsə bu gün aktiv görünmürlər”

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Vaxtın daralmasına az qalmasına baxmayaraq , nədənsə , ölkədə seçki əhval – ruhiyyəsi nəzərə çarpmır. ( Əslində elə hər zaman belə olub ) Amma , bütün sivil cəmiyyətlərdə seçki xalqın öz müqəddaratını təyin etmə üsulu hesab olunur Seçki mədəniyyəti və bu mədəniyyətin cəmiyyətdə formalaşması aktual mövzu olaraq qalmaqdadır. Cəmiyyətin hər bir üzvü bu prosesdə yaxından iştirak etməli , “qurulmuş ssenari” nin deyil , reallığın qələbə çalması üçün çalışmalıdır. Qardaş Türkiyə siyasi sisteminə nəzər yetirək : əhalinin əksər hissəsi seçkilərdə iştirak edir və öz ” səs” ını müdafiə etməyi bacarır. 1995-2010 illərdə Azərbaycan parlamentində yer alan bəzi müxalifət partiyaları, liderləri, funksionerləri nədənsə indi seçkilərdə iştirak etməyin əleyhinə çıxırlar. Seçki Məcəlləsində ciddi slahatlar aparılmadan , ölkəmizdə demokratik seçki mühiti yaradılmadan Əliyev hakimiyyəti dönəmində seçkilərdə uğur qazana iddialarını kənara atmaq , əksinə , seçkilərdə iştirak edərək , qanunsuzluqların qarşısını almaq üçün mübarizə aparmaq , ədalətin bərpasına çalışmaq lazımdır. ” Arxa qapılar” dan ” səs yığmamaq ” üçün , ” vicdanlı” təhsil işçilərinin , ziyalıların ” əllərinin çirkaba batmaması ” üçün , sonradan ” vicdan ” hissinin baş qaldırıb ” əzab ” verməməsi üçün seçkilərdə iştirak edək. Axı , bu Vətən hamımızındır – mənim , sənin , onların…..

Mehriban Sadıqlı /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir