“Həm İlham Əliyev, həm də Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – ABŞ dövlət katibi

Baxılıb:172
“Həm İlham Əliyev, həm də Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – ABŞ dövlət katibi

“Mən Ermənistandan və Azərbaycandan olan həmkarlarıma bu gün burada olduqlarına görə təşəkkür etmək istəyirəm. Keçən həftə son döyüşlərdə ölən və ya yaralananların ailələrinə və yaxınlarına səmimi başsağlığı verməklə başlamaq istəyirəm. Döyüşlərin dayandırılması və son bir neçə gündə heç bir əlavə hərbi əməliyyatın olmaması bizi ruhlandırır”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Həm Ermənistanın Baş naziri Nikol Paşinyanla, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə son zənglərimdə hər iki lider mənə sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Amma məncə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır. Bu söhbəti davam etdirmək üçün bu gün burada olduqları üçün hər iki həmkarıma minnətdaram” – Blinken əlavə edib.

Qeyd edək ki, Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli görüşü keçirilib.


Abunəlik