Həkim: “Başgicəllənmə, halsızlıq, üşütmə varsa, oruc pozulmalıdır”

Baxılıb:264
Həkim: “Başgicəllənmə, halsızlıq, üşütmə varsa, oruc pozulmalıdır”

“Oruc tutan şəkərli diabet xəstələrində başgicəllənmə, halsızlıq, üşütmə varsa, oruc pozulmalıdır”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüsalə Babayeva deyib. O bildirib ki, oruc tutan şəkər xəstələri müayinə olunmalı və şəkəri nəzarət altında saxlanılmalıdır:

“Yanaşı xəstəliyi olanların oruc tutması immun sistemini aşağı sala və xroniki xəstəliyi üzə çıxara bilər. Lakin qanda şəkərin səviyyəsi normada olanlar və yanaşı xəstəliyi olmayanlar oruc tuta bilərlər. Çünki elə şəxslər var ki, onlarda xəstəlik yüngül səviyyədədir. Təbii ki, bu zaman dərmanların qəbul edilməsi vaxtını oruca uyğun dəyişirik. Bunu xəstə özbaşına deyil, həkim məsləhəti ilə etməlidir. Lakin elə şəxslər də olur ki, onlar oruc tutur və özünü pis hiss edirlər. Əgər başgicəllənmə, halsızlıq, üşütmə varsa, dərhal şəkər ölçülməlidir. Şəkər həddindən artıq düşübsə, dərhal oruc pozulmalıdır”.


Abunəlik