Həftəsonu, iyunun 3-də və 4-də yol qəzalarında 5 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.