Hirkan Milli parkında atışma-Qətl törədilib

Baxılıb:236
Hirkan Milli parkında atışma-Qətl törədilib

AzTimes.az xəbər verir ki, Azinfo.tv saytına ilginc məlumat daxil olub. Dünən 23 iyun 2021-ci tarixində Hirkan milli parkının Lənkəran rayon ərazisinə daxil olan meşəlik ərazidə axşama yaxın vaxtlarda atışma olub. Nəticədə adları hələlik gizli saxlanılan iki şəxs qətlə yetirilib. Qətlin hansı səbəbə görə baş verdiyi hələlik məlum deyil. Hazırda Lənkəran hüquq-mühafizə orqanları ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirir. Maraqlıdır parkın bütün giriş-çıxış yerləri park əməkdaşları tərəfindən mühafizə olunmalıdır. Ancaq son vaxtlar park ərazisində yerləşən meşəliklərin amansızlıqla qırılması baş verirdi. Ancaq nədənsə ətrafda baş verənlərdən park əməkdaşlarının xəbəri yoxdur. İndi də ağaclar bəs etmir kimi keçiblər adamları park ərazisində yerləşən “razborka”yerlərinə aparıb öldürməyə. Mədəniyyət və turizm sahəsindən bu sahəyə transfer olunmağın daha bir acısı belə oldu.

Məsələ diqqətimizdədir.

___________

Yenilənib:

İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Abunəlik