Günlərdir anası tərəfindən döyülən az yaşlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirildi
“Azərbaycan Uşaqları” İctimai Birliyinin dövlət qurumlarına müraciəti əsasında azyaşlının yeri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi,Suraxanı Rayon İcra Hakimiyyəti ,Sosial Xidmətlər Agentliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə müəyyən olunaraq təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının müdafiə edilməsi məqsədi ilə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
Təşkilat tərəfindən müraciət olunaraq uşaq ilkin tibbi qiymətləndirilmələrdən keçirilib.Sığınacaqda azyaşlının ilkin ehtiyacları qarşılanıb.
Uşağın bədənində döyülmə izləri müşahidə olunur.