“Güney Azәrbaycan Geçici Milli Mәclisi”nin Tәşkilat Komitәsi bəyanat YAYDI

Baxılıb:161
“Güney Azәrbaycan Geçici Milli Mәclisi”nin Tәşkilat Komitәsi bəyanat YAYDI

Güney Azәrbaycan Geçici Milli Mәclisi Tәşkilat Komitәsi’nin
Azәrbaycan Cumhuriyyәti’nin Tehran’dakı Sәfirliyinә Qarşı Terror Saldırısı Haqqında

BİLDİRİŞİ

Yanvar ayının 27-dә Tәbriz vaxtı ilә sәhәr saat 8:00 civarında Azәrbaycan Cumhuriyyeti’nin Tehran’dakı sәfirliyinә qarşı silahlı bir terror saldırısı düzәnlәnmiş, sәfirliyin güvәnlik timinin mәrdcә dirәnişinә baxmayaraq, güvәnlik başqanı şәhid olmuş vә iki güvәnlik әmәkdaşı da ağır yaralanmışdır.
İran’da bugünә qәdәr yabancı misyonlara, sәfirliklәrә vә konsulluqlara qarşı gerçәklәşdirilәn bütün saldırıların İran dövlәt orqanlarının bilgisi vә onayı daxilindә olduğunu diqqәtә alaraq, sәfirliyimizә qarşı bu saldırının da İran rejiminin bilgisi vә onayı daxilindә olduğuna inanır, bu terror hadisәsini şiddәtlә lәnәtlәyirik.
İran’ın son dönәmlәrdә Azәrbaycan’a qarşı yürütdüyü düşmәncә siyasәtlәrin yeni vә qanlı bir örnәyi olan bu hadisәni Tehran-İrevan qardaşlığının vә Türk-Azәrbaycan düşmәnliyinin başqa bir tәzahürü kimi dәyәrlәndirmәk gәrәkir. Bu hadisә açıqca göstәrmişdir ki, bu gündәn etibarәn İran’dakı Azәrbaycan vәtәndaşlarının can güvәnliyi tәhlükә altındadır vә vәtәndaşlarımızın tәhlükәsizliyini qorumaqla yükümlü olan İran dövlәti özü әn böyük tәhlükә sayılmaqdadır.
Biz Güney Azәrbaycan Geçici Milli Mәclisi’nin Tәşkilat Komitәsi olaraq, bir kәz daha bu mәnfur terror saldırısını qınayır; sorumluların dәrhal cәzalandırılmasını, İran resmilәrinin Azәrbaycan dövlәti vә Azәrbaycan Türk millәtindәn üzr istәmәsini vә bәnzәr olayların tәkrar yaşanmaması üçün gәrәkli önlәmlәrin alınmasını tәlәb edir, şәhid Orxan Әsgәrov’a Ulu Tanrıdan rәhmәt, yaralılara acil şәfalar dilәyirik.
Başın sağ olsun, әziz Azәrbaycan!

Güney Azәrbaycan Geçici Milli Mәclisi’nin Tәşkilat Komitәsi

AzTimes.az


Abunəlik