Gündüz Əliyevin əməlləri…
Gündüz Əliyevin sehrli çubuğu var ??
Sumqayıt və Gəncə şəhərləri həmişə sosial və siyasi cəhətdən çox həssas olub. Sovet dövründə və müstəqillik dönəmində bu şəhərlərdə baş verənlərə nəzər salsaq buna əmin ola bilərik.
Görəsən bu siyasi-sosial həssaslığı Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi”nin müdiri cənab Gündüz Əliyev bilmir?
Axı, cənab məmur-biznesmen-alim-filosof Gündüz Əliyevin bu sahədə elmi dərəcəsi olmalıdır. Bəs belə olan halda mebelçi -filosof -məmur Sumqayıt kimi bir həssas şəhəri niyə silkələyir?
Axı, bunun düşər-düşməzi olar, cənab Gündüz Əliyev …
Gündüz Əliyevin şanlı keçmişi ilə bağlı ölkə mediasinda yazılanları tərkar etməyə ehtiyac görmürük. Onsuz da Gündüz Əliyevin mebel sexləri, iaşə obyektləri və digər mülkləri ilə bağlı hamı məlumatlıdır.
Gündüz Əliyev keçmiş MTN-çilər tərəfindən aparılması, pullarının alınması, hər ay Çovdarovlara aylıq-töycü ödəməsi barədə bütün ölkə mediası yazıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi postunda işlədiyi vaxt da Gündüz müəllim böyük korrupsiya və maxinasiyalara mübarək imzasını basıb, neçə-neçə “ölü canlar”ın maaşını alıb.
Görəsən, Gündüz müəllim bilmir ki, ölkə qanunlarına görə məmurun biznes fəaliyyəti ilə məşğul olması cinayət xarakterli əməldir.
Gündüz Əliyevin müxtəlif zərərli dini sektalarla yaxın əlaqəsi barədə də mətbuatda yetərincə informasiya var.
Bütün bunlar azmış kimi Gündüz Əliyev Sumqayıt ŞİH-ə şöbə müdiri təyin olunan kimi bu qurumda intriqaların, dezinformasiya yaymağın, həmkarlarını ləkələməyin USTA-sı olub.
Bu gün də Gündüz Əliyev öz əməlləri ilə nəinki özünü gözdən salır, hətta icra hakimiyyətində yaratdığı qeyri-sağlam mühitlə cəmiyyəti dövlətdən, cənab başçıdan narazı salır.
Görəsən, içindəki bu qədər aqressiya, kin-küdurətlə Gündüz müəllim öz keçmiş tələbələrinə nə öyrədirmiş?
Axı, müəllim siması fərqli olmalıdır, cənab Gündüz Əliyev…
Həm də maraqlıdır ki, MÜƏLLİM necə KOMMUNAL sahəyə rəhbərlik edib?
Görəsən bələdiyyələrə, icra nümayəndələrinə, kommunal sahələrə, özünün özəl biznes sahəsinə Gündüz müəllim necə vaxt tapa bilir. Axı, bu fiziki cəhətdən mmükün deyil. Bəlkə, Gündüz müəllimin nağıllardakı kimi sehrli çubuğu-zad var…
Bütün bunlar azmış kimi, Gündüz müəllimin “Min bir gecə nağılları” da var imiş…
Bir müddət əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovun ölkədən qaçması barədə məlumat yayıldı.
Yayılan məlumata görə, X.Rüstəmov səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirib və sonda vəzifəsindən uzaqlaşdırılıb.
Daxil olan məlumata görə, əslində Xannı Rüstəmov da bəzi iş adamları, sahibkarlar, məmurlar kimi Gündüz Əliyevin qəzəbinə tuş gəlib. Maraqlıdır Gündüz Əliyev Xannı Rüstəmovdan nəyi ala bilmirmiş..?
Məlumata görə, Xannı Rüstəmovun bir xanım tanışı bu qəzəbin səbəbi imiş. Dava da nəqliyyat davası deyilmiş, başqa zadın davası imiş. Və Xannı Rüstəmov həmin zada görə, Gündüz müəllimin qəzəbinə gəlib.
Deyir hər bir ələkçinin bir QIL verəni olmalıdır, yoxsa iş alınmır.
Gündüz Əliyevin yuxarıda sadaladığımız işlərdə yardımçısı “Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatov”dur.
Babasının adı XUDA-dat olsa da bu adam da XUDA-zad tanımır, iş adamlarına, sahibkarlara, biznesmenlərə qənim kəsilib.
Biz sözlə, Gündüz müəllimlə, cənab Xudadatov Sumqayıtı əməlli-başlı silkələyirlər. Allah axırını xeyir eləsin. Yəqin ki, rəhbər şəxslər bu əməllərə son verəcək.
Sonda onu da qeyd edək ki, yaxşı olar ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov xarici səfərlərin sayını biraz azaltsın, iş başında olsun və işçilərinin əməlləri ilə maraqlansın.
Yəqin ki yaxın vaxtlarda Prezident Adminstrasiyası Gündüz Əliyevin əməlləri ilə maraqlanacaq.
Bu barədə növbəti yazıda geniş bəhs edəcəyik. AzTimes.az
İstinad: NUH.az
9 thoughts on “Gündüz Əliyevin əməlləri…”