“Günəşli” neft yatağında baş verən faciədən doqquz il keçdi

Baxılıb:28
“Günəşli” neft yatağında baş verən faciədən doqquz il keçdi

Bu gün “Günəşli” yatağında baş verən faciədən doqquz il ötür.

2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin cəsədi dənizdən tapılıb.

Qeyd edək ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.


Abunəlik