Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

Baxılıb:30
Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

Alimlər bəşər tarixində ilk dəfə olaraq Günəşin əvvəllər müşahidə üçün əlçatmaz olan cənub qütbündən şəkillər əldə ediblər.

Tarixi fotolar Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın birgə layihəsi olan “Solar Orbiter” kosmik gəmisi tərəfindən Yerə göndərilib.

Günəşin qütb bölgələri indiyədək müşahidə olunmamışdı. Bu yeni missiya nəticəsində alimlər Günəşin səthindəki maqnit aktivliyinin nizamsız strukturunu xəritələşdirə biliblər. Mütəxəssislərə görə, bu aktivlik Günəşin maqnit sahəsinin hər 11 ildən bir dəyişməsinin əsas səbəblərindən biridir.

1,3 milyard dollarlıq “Solar Orbiter” kosmik gəmisi 2020-ci ildə orbitə buraxılıb. Bu ilin mart ayında cihaz Günəş ekvatorundan 15 dərəcə aşağıya enərək ilk yüksək bucaqlı müşahidələrini həyata keçirib və cənub qütbünün görüntülərini qeydə alıb.


Abunəlik