Günəşdə üç güclü partlayış – Maqnit qasırğası olacaq
Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.
Rusiyanın Tətbiqi Geofizika İnstitutu partlayışların rentgen diapazonunda, M səviyyəsində olduğunu və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam etdiyini açıqlayıb.
Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.