Günəşdə nəhəng ləkələr qrupu əmələ gəlib: İnsanlar onları öz gözləri ilə görə biləcəklər?

Baxılıb:52
Günəşdə nəhəng ləkələr qrupu əmələ gəlib: İnsanlar onları öz gözləri ilə görə biləcəklər?

Helioseysmoloqlar Günəşin əks tərəfində bir qrup nəhəng günəş ləkəsi qeydə alıblar.

Qeyd olunur ki, nəhəng ləkələr qalarsa, təxminən dörd gündən sonra Yer kürəsinin sakinləri onları öz gözləri ilə görə biləcəklər. Bildirilir ki, son 24 saat ərzində Günəşdə doqquz partlayış baş verib.

Xatırladaq ki, aprel ayında Günəşdə səpki kimi çoxsaylı ləkələr yaranıb. Üstəlik, onlardan 16-sı ulduzun görünən tərəfində idi.


Abunəlik