Günəşdə güclü PARTLAYIŞ

Baxılıb:15
Günəşdə güclü PARTLAYIŞ

25 noyabr tarixində günəşdə partlayışlar qeydə alınıb.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 10:42-də (Bakı vaxtı ilə 11:42) rentgen diapazonunda M9.4 (N21E89) partlayışı qeydə alınıb. Partlayış 34 dəqiqə davam edib.

Bundan əlavə, M1.1 və M1.8 gücündə daha iki partlayış olub.

Qeyd edək ki, günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.


Abunəlik