Günəş küləyi Yerdə hansı fəsadlar yarada bilər?
Günəş küləyi müxtəlif təbiət hadisələri yarada bilər. Məsələn, şimal parıltısı bəzən məhz onun təsirilə ortaya çıxır.
Günəş küləyi günəş səthindən kosmosa yayılan yüklü hissəciklərin davamlı axınıdır. Xoşbəxtlikdən, bu hissəciklər Yerə zərər verə bilməz. İstilik və təzyiq cazibə qüvvəsindən daha güclü olduqda belə bir külək yaranır. Nəticədə atmosferdəki yüklü plazma günəşin maqnit sahəsinin xətləri üzrə kosmosa yayılır. Bənzər bir proses Günəşin bütün səthində baş verir.
Alimlərin fikrincə, günəş küləyi səbəbindən Marsın atmosferi dəyişib. Mütəxəssislər hesab edirlər ki, orada əvvəllər Yer atmosferinə bənzər atmosfer olub. Lakin indi ondan demək olar ki, heç nə qalmayıb. Çox güman ki, onun məhv olması yüklü hissəciklərin axını ilə bağlı olub.
Ümumiyyətlə, günəş sistemindəki tamamilə bütün kosmik obyektlər günəş küləyi tərəfindən təsirlənir. Düzdür, onlardan bəziləri – məsələn, Yer kürəsi bu təsirə digərlərindən daha yaxşı dözür.
Planetimiz bu küləkdən qorunur. Bu, bərk daxili nüvə və əsasən dəmirdən ibarət olan maye xarici nüvə hesabına əmələ gələn güclü maqnit sahəsidir. Çox güman ki, bu sahə olmasaydı, planetimiz indi Marsa bənzəyəcək və bəlkə də ondakı həyat birhüceyrəli orqanizmlərdən ibarət olacaqdı.
Mənbə: ferra.ru