Güc strukturları PAŞİNYANA QARŞI: Baqratla ünsiyyət üçün körpü axtarılır
“Hüquq-mühafizə sistemindəki mənbələrimizdən öyrəndik ki, son günlər müxtəlif çaplı məmurlar möhtərəm Baqratla münasibət qurmaq, eləcə də ona rəğbət bəslədiklərini və dəstək olmaq istəklərini çatdırmaq üçün körpü axtarırlar”.
Bu barədə “Hraparak” məlumat yayıb.
“Xüsusilə hüquq-mühafizə sistemində, hətta Milli Təhlükəsizlik Xidmətinin müxtəlif dairələrində Nikol Paşinyanın “anti-qurum hərəkatı”nın gedişatını diqqətlə izləndiyi və onun (Baqratın) uğurunu səbirsizliklə gözlənildiyi barədə məlumatlar var.
Görünən odur ki, hərəkat irimiqyaslı deyil və hökumət onun sönməsindən danışır, amma fakt odur ki, hərəkatın sürətindən asılı olmayaraq hakimiyyətin mövqeləri ciddi şəkildə sarsılır və o, güclə yellənir, hər güclü zərbədən yıxılmağa hazırlaşır”, – məlumatda deyilir.