Gücləndirilmiş nəzarət-profilaktik tədbirləri paytaxtın bütün rayonlarını əhatə edir-FOTO
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri paytaxtın bütün rayonlarını əhatə edir.
AzTimes.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrası davam etdirilir.
Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.