Gözün tor qişası şizofreniyanın şiddətini təyin edə bilər

Baxılıb:95
Gözün tor qişası şizofreniyanın şiddətini təyin edə bilər

Tədqiqatçılar şizofreniya xəstələrinin gözlərindəki tor qişasının sağlam insanlarınkından fərqli olduğunu müəyyən ediblər. Bu dəyişikliklər psixiatrlara onların nə dərəcə ağır xəstəliyə sahib olduğunu müəyyən etməyə kömək edə bilər.

Araşdırmanın nəticələri “Biological Psychiatry” jurnalında dərc olunub.

Təkamül nöqteyi-nəzərindən tor qişa beyinin məhsuludur və ümumi genetikanı paylaşır. Genetik dəyişikliklərlə səciyyələnən şizofreniya kimi xəstəliklər üçün tor qişa tədqiqatçılara mərkəzi sinir sistemini öyrənmək üçün asanlıqla əlçatan bir alternativ təqdim edir.

Maks Plank Psixiatriya İnstitutunun ilk müəllifi Emanuel Boudrio və həmkarları şizofreniya xəstəsi və sağlam nəzarəti olan təxminən 230 xəstənin tor qişasını araşdırıblar. İşığa əsaslanan optik koherens tomoqrafiyadan (OCT) istifadə edərək tor qişanın təbəqələrini qeyd edərək ayrı-ayrı sinir hüceyrələrinin elektrik siqnallarını ölçüblər.

“Nəticələrimiz göstərir ki, şizofreniya xəstələrində tor qişanın bəzi təbəqələri əhəmiyyətli dərəcədə nazikləşib və elektrofizioloji siqnallar əhəmiyyətli dərəcədə dəyişib”, – deyə, tədqiqat rəhbəri Florian Raabe bildirib.

Elm adamları ilk dəfə olaraq retina dəyişikliklərinin genetik risk faktorları yüksək olan xəstələrdə özünü göstərdiyinin şahidi olublar. Bu korrelyasiya onu göstərir ki, retina dəyişiklikləri təkcə siqaret, piylənmə və ya şəkərli diabet kimi digər amillərlə deyil, xəstəliyin özündən qaynaqlanır.

Əldə olunan nəticə gələcəkdə diaqnoz zamanı tor qişasının sağlamlığının ölçülməsi psixiatrlara hansı xəstələrin xüsusi risk altında olduğunu proqnozlaşdırmağa kömək edə bilər.


Abunəlik