Gözlərdə zəiflik hansı xəstəliyin xəbərçisidir?

Baxılıb:62
Gözlərdə zəiflik hansı xəstəliyin xəbərçisidir?

Təxminən 9 min adamın müayinəsi zamanı demans (ağılsızlıq) diaqnozu qoyulmadan 12 il əvvəl gözün həssaslığının azalmasının beyində geriləmə əlaməti ola biləcəyi müəyyən edilib.

Böyük Britaniyanın Norfolk bölgəsində yaşayan 8623 sağlam insan bununla bağlı tədqiq olunub. Araşdırma nəticəsində göz problemlərinin koqnitiv tənəzzülünün erkən əlaməti ola biləcəyi müəyyənləşib.

“Scientific Reports” elmi jurnalında dərc edilən araşdırmada 2004-2011-ci illər arasında 48-92 yaş arası iştirakçılar izlənilib. Tədqiqatın əvvəlində iştirakçılar gözlərinin həssaslığını ölçmək üçün sınaqdan keçirilib və hərəkət edən nöqtələr sahəsində üçbucağı görən kimi düyməni basmaları istənib. Araşdırmanın sonunda 537 iştirakçının demensiyaya başladığı müəyyənləşib və bu insanların üçbucağı demans olmayanlara nisbətən çox yavaş gördüyü qeyd edilib. Tədqiqatçılar bunun səbəbi Alzheimer xəstəliyi ilə əlaqəli amiloid lövhələrinin ilk olaraq beynin görmə ilə əlaqəli sahələrinə təsir etdiyini söyləyirlər. Demans beyin funksiyalarının davamlı azalması ilə əlaqəli simptomları ifadə edərkən, Alzheimer demans növləri arasında olan bir xəstəlikdir. Alzheimer adətən yaddaş problemləri ilə fərqlənir, lakin yeni araşdırma aparan tədqiqatçılar görmə qabiliyyətini ölçən testlərin daha erkən diaqnoz qoymağa imkan verə biləcəyini düşünürlər.

Alzheimer xəstələrinin diqqətini yayındıran proseslərə məhəl qoymamaqda çətinlik çəkdiklərini ilkin bir simptom olaraq görən alimlər bunun bir göz hərəkətinə nəzarət problemi olaraq ortaya çıxa biləcəyini söyləyirlər. Onlar hazırda göz hərəkətlərinin yaddaşı yaxşılaşdırmağa kömək edib-etmədiyini öyrənmək üçün testlər aparırlar. Digər tərəfdən, göz hərəkətlərini ölçmək üçün istifadə edilən mövcud texnologiyaların bahalı və mürəkkəb olduğunu, bunun da maneə yaratdığını bildirirlər.


Abunəlik