Göygöl rayonunda müşahidəçi vəfat etdi

Baxılıb:133
Göygöl rayonunda müşahidəçi vəfat etdi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyev 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində vəfat edib.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin sədri Abbas Zalov BBC News Azərbaycancaya bildirib ki, Sübhan Hacıyev vəkili olduğu Mövsüm Aslanova səs “az çıxdığı üçün təəccüblənib” və “özündən gedib”. “Onlar neçə gündür ki, burda təbliğat aparırlar, səslər sayılan zaman Mövsüm Aslanova o məntəqədə 18 səs çıxıb, Sübhan Hacıyev də bundan təəccüblənib, özündən gedib. Həkim çağırdılar, amma vəfat etmişdi”, – Abbas Zalov bildirib.

Mövsüm Aslanovun yaxınları BBC News Azərbaycancaya bildiriblər ki, seçki məntəqəsinin əməkdaşları ilə “mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib”. Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalardavam etdirilir.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir