Göyçayda yol qəzası – 1 nəfər öldü

Baxılıb:179
Göyçayda yol qəzası – 1 nəfər öldü

 

Göyçayda yol-nəqliyyat hadisəsi olub.

AzTimes.az xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən “QAZEL” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

 

Davud Tarverdiyev 


Abunəlik