Göyçayda vətəndaş problemləri nəzarətə götürülərək həll edilir-FOTOLAR
AzTimes.az xəbər verir ki, Göyçay rayonunun Cəyirli kəndi, Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin və habelə Türkmən kəndinin sakinlərinin Göyçay rayon İcra Hakimiyyətinə etdikləri müraciət nəzərə alınaraq Göyçay Suvarma Sistemləri İdarəsinin işçi briqadası tərəfində sözügedən kəndlərdə arxların qazılması işləri davam edir.
Problemin tam aradan qaldırılmasına nəzarət üçün Göyçay rayon icra hakimiyyətinin əməkdaşı Məhəmməd Məmmədov məsələni tam diqqətdə saxlamaq məqsədi ilə bütün prosesi müşahidə edib , sakinlərlə məsləhətləşmələr aparıb.