Göyçayda qonşuya papaq atan gənc vəfat etdi
Göyçayda itlərin hücumuna məruz qalan yeniyetmə ölüb.
2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb. O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada ölüb.