Göyçayda qəza ölümlə nəticələnib

Baxılıb:113
Göyçayda qəza ölümlə nəticələnib

 

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AzTimes.az xəbər verir ki, bir neçə gün əvvəl Göyçay şəhərinin M.Hüseynzadə küçəsində, “Təzə Bazar” adlanan bazarın qarşısında hərəkət etməkdə olan “VAZ 2106” markalı minik avtomobili yolu keçən piyada, 1963-cü il təvəllüdlü Hacıyeva Minəxanım Miri qızını vurub.

Xəsarət alan H.Minəxanım təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Bir neçə gün xəstəxanada qalan yaralı bir neçə gün sonra müalicə üçün Gəncəyə aparılıb. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir