Göyçayda qəza baş verib
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzTimes.az xəbər verir ki, hadisə ötən gecə Göyçay şəhərinin Natəvan küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili yolu keçən piyada – Tovuz rayon sakini, Bakının Qaraçuxur qəsəbəsində yaşayan 1955-ci il təvəllüdlü Əliyeva Ofeliya Nodim qızını vurub. Qadın ağır qapalı kəllə-beyin travması aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda Reanimasiya şöbəsində olan O.Əliyevanın vəziyyəti ağır olaraq qalır. Rayon sakinlərinin sözlərinə görə, hadisəni törədən sürücü Göyçayın Potu Şıxlı kəndində yaşayan İlkin adlı şəxsdir.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin Təhqiqat bölməsi tərəfindən araşdırmalara başlanılıb.
AzTimes.az