Göyçayda polis əməkdaşları tələbələrlə görüşüb
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə narkotik vasitələrin fəsadları barədə tələbələrə ətraflı məlumat verilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev əsrimizin bəlasına çevrilən narkomaniyanın fəsadlarından, insan sağlamlığı üçün zərərlərindən, eləcə də narkotik vasitələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan söz açıb, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb.