Göyçayda “Nar kuboku” futbol yarışı keçirilib – FOTO
AzNar Fk – Göyçay
AzGranata Fk – Ağsu
Göyçayda “Nar kuboku” uğrunda komandalar arasında futbol yarışı baş tutub. AzTimes.az xəbər verir ki, futbol matçı Azərbaycan himninin səsləndirilməsindən sonra start götürüb. Keçirilən futbol azarkeşlərin də marağına səbəb olub. Qalibiyyət uğrunda mübarizə aparan “AzNar” və “AzGranata” futbol komandaları birinci hissəni hesabı açmadan bitiriblər. Belə ki, ikinci hissə başlandıqdan sonra “AzNar” komandası rəqibin qapısına qol vurub. Bununlada hesab fərqini 1:0 dəyişən komanda “AzGranata”-nı məğlub edərək “Nar kuboku”-na sahib çıxıb.
Xatırladaq ki, AzNar QSC-nin 50 illik yubileyinə həsr edilən futbol yarışı Göyçay şəhər stadionunda keçirilib.
Davud Tarverdiyev