Göyçayda naməlum şəxs fermer təsərrüfatına qənim kəsilib
AzTimes.az xəbər verir ki, hadisə rayonun Ləkçılpaq kəndində baş verib.
Nahardan qayıdan fermer istixanadakı pomidor şitillərinin kökündən çıxarılaraq, yararsız hala salındığını görüb.
Kənd sakini Ruhin Osmanov istixanada pomidor şitillərinin əzilərək, qəsdən tələf edildiyini deyir. Onun sözlərinə görə, burada 1000-ə yaxın pomidor şitili kökündən çıxarılıb, gövdələri kəsilib.
R.Osmanov analoji hadisənin bundan əvvəl də baş verdiyini qeyd edib. O bildirib ki, daha öncə fermerə məxsus xeyli sayda əşya və avadanlıqlar oğurlanıb.
Faktla bağlı araşdırma aparılır
Əlibala Əsgərov AzTimes.az
ordina farmaci a Napoli Hexal Oegstgeest leki bez ryzyka dla zdrowia