Göyçayda dəhşət: İbrahim Fəttahovun ədalətsiz qərarına görə vətəndaş intihara cəhd etdi – VİDEO
Saxta sənədlər, ədalətsiz məhkəmə qərarı, qanunsuz icra işi və intihara sürüklənən vətəndaş.
29.10.2024-cü il tarixdə Göyçayda 60 yaşlı II qrup əlil kişi Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun ədalətsiz qətnaməsinin qanunsuz icrası ilə bağlı özünü intihara cəhd edib.
Bəs görəsən bu xoşagəlməz hadisənin kökündə nə durur?? Bizimlə söhbət zamanı intihara cəhd edən 60 yaşlı Şəfiyev Bahadur Həmzə oğlu bildirdi ki, 1998-ci ildə Hacıyev Səhhət Vahib oğlundan 26 ildir yaşadığl mənzili almışdır.
Keçmiş qaynatası Əlibaba Muradov saxta sənədlərlə məhkəməyə müraciət edib ki, guya bu mənzili onun qızı Muradova Nigar Əlibaba qızı Bahadur Şəfiyevə ərə gələndən 9 ay sonra birgə nigah dövründə olanda ərindən almışdır. Harda görünüb ki, ər öz evini bir evdə yaşadığı arvadına pulla satsın???!!! Məhkəmə araşdırması zamanı həmin evin Bahadur Şəfiyev tərəfindən keçmiş arvadına satmasına dair Göyçay notariusunun təsdiq etdiyi alqı-satqı müqaviləsindəki imzanın saxta olması məhkəmə xətşünaslıq ekspertizasının ekspert rəyi ilə tam sübuta yetirilmiş və həmin alqı-satqı müqaviləsinin bir nüsxəsinin notariusun arxivində olmaması müəyyən olunmuşdur. Məhkəmə sənədlərin saxtalığını ciddi araşdırmadan və məhkəmə iclasına Bahadur Şəfiyevi dəvət etmədən 16.10.2024-cü il tarixdə vətəndaşın evdən çıxarılması barədə qanunsuz və ədalətsiz qatnamə çıxararaq icra edilməyə yönəltmişdur. Onu da bildirirəm ki, Bahadir Şəfiyev II qrup əlildir. Onun hazırda 13 ildir rəsmi nigahda olduğu həyat yoldaşı isə 4-cü dərəcə xərçəng xəstəsidir. Xərçəng xəstəliyindən əziyyət çəkən və canı ilə əlləşən bir ailəni saxta sənədlərə istinad edərək evindən çıxarılmasına qərar verən hakimin hərəkətləri vətəndaşlarımızın konstitusiyon hüquqlarının kobud şəkildə pozulmasından və ədalətsizlikdən başqa bir şey deyil. Daha ətraflı videoda: