Göyçayda 25 yaşlı oğlanın meyiti tapıldı
Göyçay rayonunda bədbəxt hadisə baş verib.
AzTimes.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Rəhimov Musaxan Yaşar oğlunun yaşadığı evdə cansız bədəni aşkarlanıb. Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(axar.az)