Göyçay xəstəxanasında döyülmə iddiası ilə bağlı DİN-dən AÇIQLAMA

Baxılıb:242
Göyçay xəstəxanasında döyülmə iddiası ilə bağlı DİN-dən AÇIQLAMA

İyunun 10-da DİN-in “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş Rəvan Məmmədov Göyçay Rayon Mərkəzi Xəstəxanasında münaqişənin baş verdiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov AzTimes.az- ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş müraciətlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal xəstəxanaya gedib. Araşdırma zamanı R.Məmmədovun döyülməsi, eləcə də təhqir olunması ilə bağlı iddiaları təsdiqini tapmayıb. “102” Zəng Mərkəzinə müraciəti ilə əlaqədar ona göndərilən məktubda da tələbləri ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi bildirilib.

AzTumes.az


Abunəlik