Göyçay seçiciləri deputatlığa namizəd Şahnəzər Bəşirovla görüşdə problemlərdən danışdılar

Baxılıb:137
Göyçay seçiciləri deputatlığa namizəd Şahnəzər Bəşirovla görüşdə problemlərdən danışdılar

 

88 saylı Göyçay Seçki Dairəsi üzrə deputatlığa namizəd olan jurnalist Şahnəzər Bəşirov yanvarın 22-də Göyçay rayonu Qarabaqqal kəndində seçiciləri ilə görüş keçirib. AzTimes.az xəbər verir ki, vətəndaşlar görüş zamanı Şahnəzər Bəşirova kəndin yollarının bərbad vəziyyətdə olması, içməli su problemi və bulaqların susuz qalması, Göyçay şəhər kommunal təsərrüfat idarəsinin zibil poliqonunun Qarabaqqal kəndindəki örüş yerinə yaxın ərazidə yerləşməsi səbəbindən mal-qara arasında zəhərlənmə hallarının baş verməsi, yağış zamanı tullantıların yuyulması nəticəsində kəndin suvarma arxlarına çirkli, zəhərli suların tökülməsi ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə və başqa qurumlara müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyi barədə məlumat veriblər. Görüşlər zamanı kənddəki problemlərdən danışan sakinlər seçki günü fəal olacaqlarını və onlara dəstək olan namizədə səs verəcəklərini deyiblər. Şahnəzər Bəşirov təbliğat-təşviqat kampaniyası çərçivəsində sabah daha iki kənddə vətəndaşlarla görüş keçirəcək. O, bu günədək rayonun 16 kəndində seçki məntəqələrinin qarşısındakı lövhələrə plakatların asıldığını və bu istiqamətdə işlərin davam etdiyini bildirib. Namizəd kəndlərdə seçicilərlə fərdi qaydada söhbət etdiyini, qarşıdakı günlərdə seçicilərlə kütləvi görüşlərin keçirilməsi barədə elan verdiyini bildirib. Şahnəzər Bəşirov sonda saytımızın oxucularına müraciət edib. “Əziz Göyçaylı seçicilər! Sizin də kəndinizdə hansısa problemlər varsa bizə bildirin, mən seçicilərlə görüş keçirmək və sizi dinləmək üçün kəndinizə gələcəm. (TEL: 0504519030: 0557167870, vatsapla və facebookda mesaj yaza bilərsiz)”.

Davud Tarverdiyev – AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir